“Twitter”in işində nasazlıqlar yaranıb

Bir neçə ölkədən olan “Twitter” istifadəçiləri sosial şəbəkənin
işində fasilələrdən şikayətlənib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Downdetector” portalı bildirib.

Məlumata əsasən, nasazlıqlar təkcə Rusiyada, ABŞ, Böyük
Britaniya, Kanada, Fransa, Almaniyada müşahidə olunub.


İstifadəçilərin əksəriyyəti (89%) veb-saytın işində, digərləri
tətbiqin işində və serverə qoşulduqda səhvlər baş verdiyini
bildirdi.