“Twitter”-in ötən rübdə əldə etdiyi gəlir açıqlanıb

“Twitter” şirkətinin gəlirləri ötən rübdə 1,2 milyard dolları
ötüb.

Trend xəbər
verir ki, bu barədə şirkətin cümə axşamı dərc etdiyi maliyyə
hesabatında deyilir.

Martın 31-də başa çatan üç aylıq dövr ərzində “Twitter”-in
gəliri illik müqayisədə 16% artıb. Bu ilin ilk üç ayında şirkətin
mənfəəti 513,2 milyon dollar təşkil edib. Şirkətin maliyyə
göstəriciləri ekspertlərin gözləntilərini doğrultmayıb. Belə ki “Twitter”-in azı 1,23 milyard dollar gəlir əldə edəcəyi
proqnozlaşdırılırdı.

Şirkətin sahibkar İlon Mask tərəfindən satın alınması fonunda, “Twitter” növbəti rüb üçün öz maliyyə proqnozunu dərc etmiyib.
Bununla əlaqədər tviterin şəxsi şirkət olacağı səbəbindən gələcəkdə
ümumiyyətlə gəlirlər haqqında rüblük hesabatın dərc edilməyəcəyi
istisna edilmir.