Tvitter silmədi, Podolyak qəzəbləndi

Tvitter silmədi, Podolyak qəzəbləndi

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixail Podolyak Tvitter sosial şəbəkəsinin Ukrayna ilə bağlı informasiya siyasətini tənqid edib.

AzerTimes xəbər verir ki, bu barədə M. Podolyak Tvitterdə yazıb.

“Hökumət hesablarının blokdan çıxarılması, ukraynalıların pessimizmi fonunda “Ukraynanı öldür” ru-tvitlərin yayılması qətiyyən söz azadlığı deyil. Tvitter kütləvi qırğınları birbaşa təşviq edən təbliğat yaymaqda heç bir zərər görmür. Bəlkə, süni intellekt daha yaxşı idarə edir?” – Podolyak bildirilib.

Qeyd edək ki, Tvitter sahibi İlon Mask Rusiya Təhlükəsizlik Şurasının rəhbərinin müavini Dmitri Medvedyevin Ukrayna əleyhinə tvitlərini silməkdən imtina etmişdi.

Teqlər: