Tütün məmulatları ilə aksizlərə yenidən baxılır

Xəbər - Elçin Mehdiyev – Trend:

Tütün məmulatları ilə aksizlərə yenidən baxılır.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazirinin müavini Azər Bayramov deyib.

Nazir müavini bildirib ki, bununla bağlı iki istiqamətdə dəyişikliklər nəzərdə tutulur: “Birinci aksizlər qaldırılır, ikinci isə markaların qeydiyyatına görə rüsumlar qaldırılır. Büdcəyə daxilolmada artımın çox hissəsi məhz bu dəyişikliklərdən gözlənilir. Bütün dünyada tütün məmulatlarına tətbiq edilən aksizlər, xüsusi yığımlar və s. ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına baxmalıyıq. Azərbaycan bu sahədə ən aşağı rüsum tətbiq edən ölkələrdəndir. Bizim kifayət qədər artım etmək üçün potensialımız var, ancaq sosial məsələləri də nəzərə alaraq, biz kəskin şəkildə bu sahədə rüsumları artırmırıq.


Hesab edirəm ki, ən azından inflyasiya səviyyəsində bu rüsumların artırılması həyata keçirilməlidir”.

Teqlər: