Dövlət rüsumları dərmanların qiymətinə təsir etmir – Nazir müavini

Xəbər - Elçin Mehdiyev – Trend:

Dövlət rüsumları dərmanların qiymətinə təsir etmir. Dərmanlarla bağlı mövcud problemlər rüsum və yığımlarla bağlı deyil. Sadəcə olaraq bizdə bir neçə ildir ki, dərmanların qiymətlərinin formalaşdırılması tənzimlənən qiymətlər şəklində həyata keçirilir.

AzerTimes-ın məlumatına görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keirilən iclasında “Dövlət rüsumu haqqında” qanuna təklif edilən dəyişikliklərin müzakirəsi zamanı maliyyə nazinin müavini Azər Bayramov deyib.

A.Bayramov vurğulayıb ki, qiymətqoymada müəyyən aparıcı şirkətlərlə qeyri-müəyyənliklər yaşanır. O qeyd edib ki, burada problem daha çox qiymət formalaşması ilə bağlıdır: “Rüsum dərəcəsi o prosesdə çox cüzi bir məbləğdir. Mən inanmıram ki, bu həmin prosesə təsir göstərsin. Bütövlükdə məhsulun çeşidinin kifayət qədər olmaması problemdir. Hesab edirəm ki, aidiyyəti qurumlar -İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi bu problemin həlli üçün işlər görürlər”.

Teqlər: