Tusk Ukraynaya söz verdi: Baş nazir olsam…

Tusk Ukraynaya söz verdi: Baş nazir olsam…

Baş nazir postuna təyin olunduqdan sonra Varşava ilə Kiyev arasında yaranmış mübahisələri həll edəcəyəm.

AzerTimes xəbər verir ki, bunu Polşa “Vətəndaş Koalisiyası” partiyasının lideri, ölkənin mümkün baş naziri Donald Tusk deyib.

O bildirib ki, Ukrayna ilə münasibətlərdə prioritet Polşa daşıyıcılarının tətil problemi olacaq.

Tusk Polşa daşıyıcılarının maraqlarına uyğun hərəkət edəcəyinə söz verib:

“Sərhəd blokadasına son qoyulması üçün problemlərin həllini axtarmaq niyyətindəyik”.

Bundan əlavə, Tusk Mateuş Moravetski hökumətini Ukrayna ilə münasibətlərdə yanlış siyasətə görə tənqid edib.

Qeyd edək ki, hazırki hökumət rəhbəri Mateuş Moravetski iki həftə ərzində Seymdə etimad səsverməsi almazsa, o zaman yeni kabineti formalaşdırmaq hüququ Donald Tuska məxsus olacaq.

Əlavə edək ki, Polşada keçirilən son parlament seçkilərindən sonra Tuskun rəhbərlik etdiyi “Vətəndaş koalisiyası” parlamentdə ikinci partiya statusunu qazanıb.

Teqlər: