Turnir məhz Şuşada olduğu üçün dəvəti qəbul etdim – Tulay

Turnir məhz Şuşada olduğu üçün dəvəti qəbul etdim – Tulay

Turnir məhz Şuşada keçirildiyi üçün, işlərimin çoxluğuna baxmayaraq, dəvəti qəbul etdim.

AzerTimes xəbər verir ki, bunu Türkiyə Şahmat Federasiyasının prezidenti Gülkız Tulay “Shusha Chess 2022”nin açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.

“Öz torpaqlarımızı görmək, dəyərlərimizi hiss etmək mənim üçün çox qiymətlidir. Bu səbəbdən təşkilatçılara minnətdarlığımı bildirirəm”, – Tulay qeyd edib.

Teqlər: