“TURKOVAC” peyvəndi Türkiyənin bütün dövlət xəstəxanalarında tətbiq olunacaq

Gələn həftədən etibarən yeni növ koronavirus infeksiyasına
(COVID-19) qarşı yerli “TURKOVAC” peyvəndi Türkiyənin bütün dövlət
xəstəxanalarında əlçatan olacaq.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca
bildirib.

F.Qoca qeyd edib ki, Türkiyə xəstəxanalarında indiyədək TURKOVAC
peyvəndinin 800 000 dozası paylanıb.

Nazir xatırladıb ki, türkiyəli mütəxəssislər yerli peyvəndin
koronavirusun “omikron” ştammına uyğunlaşdırılması üzərində
işləyirlər:

“Yerli vaksin heyvanlar üzərində sınaqdan keçirilir. İnanıram
ki, sabah heyvanlara ikinci doza veriləcək. Biz mart ayına qədər
TÜRKOVAC-ın “omikron” ştammına uyğunlaşdırılmasını başa çatdırmağı
planlaşdırırıq”.