“Turkovac” bütün Türkiyə ərazisində istifadə olunmağa başlayıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin koronavirusa qarşı “Turkovac” vaksini ölkənin bütün vilayətlərində istifadə olunmağa başlayıb.

Trend-in məlumatına görə, bunu ölkənin səhiyyə naziri Fəxrəddin Koca öz “Twitter” səhifəsində yazıb.

O bildirib ki, Türkiyənin 81 vilayətinin xəstəxanaları “Turkovac”la təchiz edilib.

Qeyd edək ki, Türkiyə istehsalı olan vaksin ötən il dekabrın sonlarında ölkə ərazisində istifadə olunmağa başlayıb.