Türkmənistanda növbədənkənar prezident seçkilərinin vaxtı açıqlanıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkmənistanda növbədənkənar prezident seçkiləri martın 12-də
keçiriləcək.

Trend-in
məlumatına görə, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyası
bildirib.

Komissiyanın açıqlamasında deyilir ki, prezident Qurbanqulı
Berdıməhəmmədov seçkilərin keçirilməsi barədə tapşırıq verib.


Xatırladaq ki, ötən gün Q.Berdıməhəmmədov Türkmənistan
parlamentində çıxışı zamanı “gənc idarəçilərə yol vermək niyyətində
olduğunu” bildirmişdi.