Türkmənistanda 5,0 bal gücündə zəlzələ baş verib.
AzerTimes xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Məlumata görə, zəlzələ yerli vaxtla saat 05:37-də baş verib.
Yeraltı təkanların episentri 68 min nəfər əhalisi olan Türkmənbaşı şəhərindən 52 km şimalda, milyonlarla insanın yaşadığı Bakı şəhərindən 272 km şimal-şərqdə, ocağı isə 47 kilometr dərinlikdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.