Putin Yeni Torpaqdan qayıdan Lixaçevlə niyə görüşdü?

Putin Yeni Torpaqdan qayıdan Lixaçevlə niyə görüşdü?

Rusiya lideri Vladimir Putin “Rosatom” rəhbəri Aleksey Lixaçevlə görüşüb. Bu görüş Lixaçev və Sergey Şoyqunun (müdafiə naziri) Yeni Torpaqda nüvə poliqonunda olmasından dərhal sonra baş tutdu. Təsadüf? Düşünmürəm!

AzerTimes xəbər verir ki, bunu rusiyalı hərbi ekspert, “Milli müdafiə” jurnalının baş redaktori İqor Korotçenko deyib.

“Yeraltı nüvə sınaqlarını bərpa edə bilərik. Hərçənd yekun qərar verilməyib. Daha doğrusu, qəbul edilməyib. Lakin qəbul edə də bilərlər”, – deyə ekspert bildirib.

Teqlər: