Türkmənistan və Azərbaycan enerjinin dünya bazarına çıxarılması yollarının şaxələndirilməsində maraqlıdırlar

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad
Nəsirov Aşqabadda keçirilən beynəlxalq neft və qaz forumunda
iştirak edib.

Trend bu barədə Turkmenportal-a istinadən xəbər verir.

O, forumda iştirakı çərçivəsində 2020-ci ildən Türkmənistanla
Azərbaycan arasında ticarət dövriyyəsinin 5 dəfə artdığını qeyd
edib.

Nəsirovun sözlərinə görə, Türkmənistan və Azərbaycanın böyük
karbohidrogen ehtiyatları və müasir sənaye komponentləri var və
buna görə də hər iki ölkə enerjinin dünya bazarına çıxarılması
yollarının şaxələndirilməsində maraqlıdır. Bu, iki ölkə arasında bu
sahədə səmərəli əməkdaşlığın inkişafı üçün geniş imkanlar açır.

2021-ci il yanvarın 21-də Xəzər dənizində “Dostluq”
karbohidrogen yatağının birgə kəşfiyyatı və işlənməsi üzrə anlaşma
memorandumunun imzalanması xüsusilə vurğulanıb.

Teqlər: