Misirin dövlət başçısından Prezident İlham Əliyevə təbrik məktubu gəlib

Misir Ərəb Respublikasının Prezidenti Əbdülfəttah əs-Sisidən
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu
gəlib.

AzerTimes xəbər verir ki, mətubda
deyilir:

“Hörmətli cənab Prezident, Sizə ən səmimi salamlarımı
çatdırıram.

Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının
otuzuncu ildönümü münasibətilə Misir Ərəb Respublikasının hökuməti
və xalqı adından, şəxsən öz adımdan Sizə və dost ölkənizin
hökumətinə və xalqına səmimi təbriklərimi çatdırmaqdan məmnunluq
duyuram.

Ölkələrimiz arasında ikitərəfli münasibətlər həmişə konstruktiv
əməkdaşlıq və qarşılıqlı hörmətlə səciyyələnib, eyni zamanda, Misir
və Azərbaycan dövlətlərinin və xalqlarının ümumi maraqlarına nail
olmaq üçün ciddi iş aparılıb. Həmçinin iki ölkə arasında müxtəlif
sahələrdə ikitərəfli əməkdaşlıq mühüm nailiyyətlərin əldə
edilməsində həmişə səmərəli və uğurlu olub, indi də davam edir.

Misirin və Azərbaycanın, eləcə də onların dost xalqlarının
mənafeləri naminə qarşılıqlı maraq kəsb edən sahələrdə, xüsusilə
enerji, tikinti, əczaçılıq sənayesi və mədənçıxarma sahələrində
ikitərəfli əlaqələrimizin daha da gücləndirilməsi üçün birgə
işləmək bizim üçün çox vacibdir.

Zati-aliləri cənab Prezident, dost ölkənizə və xalqınıza
sabitlik, tərəqqi arzu edir, Sizə ən yüksək hörmət və ehtiramımı
bildirirəm”.

Teqlər: