Türkmənistan Türkiyədən xalça idxalını iki dəfədən çox artırıb

Türkiyə 2021-ci ilin yanvar-iyul aylarında Türkmənistana xalça ixracını ötən ilin eyni dövrü ilə müqayisədə 102,3 faiz artıraraq 2,583 milyon dollara çatdırıb.

Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

İyul ayında Türkiyə Türkmənistana xalça ixracatını 2020-ci ilin eyni ayı ilə müqayisədə 112 faiz – 397 min dollara qədər artırıb.

Ümumilikdə Türkiyə yanvar-iyul aylarında xalça ixracını keçən ilin eyni dövrü ilə müqayisədə 41,5 faiz artıraraq 1,831 milyard dollara çatdırıb.


İyul ayında Türkiyə 215 milyon dollarlıq xalça ixrac edib ki, bu da 2020-ci ilin eyni dövründən ilə müqayisədə 13,7 faiz azdır.

Son 12 ayda (İyul 2020 – İyul 2021) Türkiyə xalça ixracı 3,14 milyard dollar təşkil edib.

Teqlər: