Türkiyəyə yardımımız bununla bitməyəcək – Densias

Türkiyəyə yardımımız bununla bitməyəcək – Densias

Dostum Çavuşoğluya, Türkiyə hökuməti və xalqına Yunanıstan hökuməti və xalqının başsağlığını çatdırmaq istəyirəm.

AzerTimes xəbər verir ki, bunu Adanada səfərdə olan Yunanıstan xarici işlər naziri Nikos Dendias deyib.

“Burada axtarış-xilasetmə işlərində iştirak edən yunan heyətin fəaliyyətindən məmnunuq. Amma bunu demək istəyirəm ki, Yunanıstan hökumətinin Türkiyəyə verdiyi dəstək bununla bitməyəcək. Həm ikili, həm də Avropa Birliyi səviyyəsində əlimizdən gələni etməyə davam edəcəyik. Bir az əvvəl Çavuşoğlunun dediklərini təkrarlamaq istəyirəm. Münasibətlərimizin düzəlməsi üçün daha bir zəlzələyə ehtiyac yoxdur. Xalqımın türk vətəndaşlarına yardım etməsindən qürurlanıram”, – Dendias bildirib.

Teqlər: