Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən
Türkiyəyə göndərilən 2 qazimiz sağalaraq Vətənə geri dönüb:
1. Alxasov Camal İlqar oğlu
2. İskəndərli Elnur Zöhrab oğlu
Onların Türkiyədəki müalicə proseduru artıq uğurla
yekunlaşıb.
“YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin
yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 32 qazimizin
müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam
etdirilir.
“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər
nəzarətdə saxlayacaq.
Allah qazilərimizə şəfa versin!
Xatırladaq ki, “YAŞAT” Fonduna müraciət etmək və Fondun
fəaliyyəti ilə tanış olmaq üçün yashat.gov.az portalı
istifadədir.
Fondun hesabatlılığı ilə tanış olmaq üçün keçid:
https://yashat.gov.az/report/tableau
Həmçinin Fondun 8110 “Çağrı” Mərkəzi fəaliyyət göstərir.