Türkiyəyə giriş üçün koronavirus testi tələbi aradan qaldırılıb – Türk Hava Yolları

Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları”
sərnişinlərə ölkəyə daxil olduqda koronavirusla bağlı PCR və ya
antigen testi tələbinin aradan qaldırıldığını bildirib.

Trend xəbər
verir ki, bu barədə aviadaşıyıcının rəsmi “Twitter” səhifəsində
məlumat yerləşdirilib.

“Daxili İşlər Nazirliyinin qərarına əsasən, ölkəyə giriş üçün
koronavirusla bağlı PCR və ya antigen testlərin təqdim edilməsi ilə
bağlı tələb ləğv edilib”, – məlumatda qeyd olunur.

Teqlər: