Türkiyəyə Çindən daha 3,5 milyon doza vaksin gətirilib

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin Çindən sifariş etdiyi koronavirus vaksinlərinin növbəti partiyası ölkəyə gətirilib.

AzerTimes-ın məlumatına görə, səhər saatlarında Türkiyə daha 3,5 milyon doza vaksin əldə edib.

Qeyd edək ki, Türkiyə Çindən ümumilikdə 10 milyon doza vaksin sifariş verib.

Bunun 6,5 milyon dozası ötən həftə sonu Türkiyəyə gətirilib.