Türkiyənin yeni silahı – Foto

Türkiyənin yeni silahı – Foto

Türkiyənin ASELSAN şirkəti müxtəlif platformalarda istifadə edilə bilən silah sistemlərini inkişaf etdirməyə davam edir.

AzerTimes xəbər verir ki, şirkət tərəfindən bu dəfə hava hücumundan müdafiə ehtiyaclarına və quru təhdidlərinə qarşı hazırlanan “Göker” sistemlərinin sınağı uğurla aparılıb.

Bildirilir ki, sistem 4 kilometrə qədər hava hədəflərinə (mini/mikro PUA-lar, maket təyyarələr, helikopterlər və bənzəri) qarşı təsirli olur. Bundan başqa, “Göker” zirehdələn vasitə, yüksək partlayıcı-yandırıcı sursat və ATOM hissəcikləri sayəsində 5 kilometrdən çox məsafədə quru hədəflərinə qarşı yüksək effektivlik təmin edir.

Teqlər: