Türkiyənin yanımızda olması bizə güc verir – Zakir Həsənov

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyə kimi bir qardaşımızın yanımızda olması bizə güc verir.

AzerTimes-ın məlumatına görə, bunu müdafiə naziri Zakir Həsənov Konyada “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində keçirilən “Yüksək səviyyəli müşahidəçi günü”ndə çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, ikinci Qarabağ müharibəsi zamanı Türkiyə Azərbaycana siyasi, mənəvi və diplomatik dəstək göstərdi:

“Türkiyə siyasi, hərbi rəhbərliyinin bəyanatları Türkiyənin daima Azərbaycanın yanında olduğunu Azərbaycan-Türkiyə qardaşlığının sarsılmaz olduğunu bütün dünyaya göstərdi”.

Teqlər: