Türkiyənin xarici ticarət dövriyyəsi 43 milyard dolları ötüb

2021-ci ilin oktyabrında Türkiyənin xarici ticarət dövriyyəsi 43,022 milyard dollar təşkil edib.

Bu barədə Trend-ə ölkənin Ticarət Nazirliyindən bildiriblər.

Oktyabr ayında Türkiyənin ixracı ötən ilin oktyabrı ilə müqayisədə 20,1 faiz artaraq 20,792 milyard dollara, idxalı isə 12,8 faiz artaraq 22,23 milyard dollara çatıb.

Eyni zamanda, Türkiyənin 2021-ci ilin yanvar-oktyabr aylarında xarici ticarət dövriyyəsi 397,206 milyard dollar təşkil edib.


Hesabat dövründə Türkiyənin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 33,9 faiz artaraq 181,673 milyard dollara, idxalı isə 22,5 faiz artaraq 215,533 milyard dollara çatıb.

Qeyd edək ki, 2020-ci ildə Türkiyənin xarici ticarət dövriyyəsi 388,879 milyard dollar, ixracı 169,482 milyard dollar, idxalı 219,397 milyard dollar təşkil etmişdi.

(Tərcümə: Orxan Nəbiyev)