Türkiyənin Vitse-prezidenti Fuat Oktay Azərbaycanı təbrik edib

Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay 28 May – Respublika Günü münasibətilə bayram təbriki paylaşıb.

AzerTimes xəbər verir ki, Tviter sosial şəbəkə hesabına bayraqlarımızın dalğalandığı Azərbaycan və Türkiyə qardaşlığını tərənnüm edən videoçarx paylaşan Vitse-prezident Fuat Oktay “Azərbaycan 103 yaşında” başlıqlı təbrikində yazıb: “1918-ci il mayın 28-də müstəqilliyini elan edən dost və qardaş Azərbaycan Respublikasının yaranmasının ildönümü mübarək olsun. Azərbaycanlı qardaşlarıma sevgi və ehtiramımı göndərirəm”.

Teqlər: