Çində məktəblilərə bıçaqla hücum edilib – Yaralılar var

Xəbər - Orxan Nəbiyev – Trend:

Çinin Çençjou şəhərində bıçaqla silahlanmış şəxs yeraltı keçiddə bir qrup məktəbliyə hücum edib.

Trend-in məlumatına görə, hadisə nəticəsində 5 uşaq xəsarət alıb. Onların xəsarətlərinin ağır olduğu deyilir.


Qeyd olunur ki, hücum edən şəxs polis tərəfindən saxlanılıb. Onun psixi problemlərinin olduğu deyilir.