Türkiyə səfirliyi Ukraynanın paytaxtında fəaliyyətini bərpa
edəcək.
AzerTimes-ın
məlumatına görə, Türkiyə Xarici İşlər Nazirliyi Çernivtsiyə
təxliyədən bir ay sonra Kiyevdəki səfirliyinin işini bərpa
edib.
“Fəaliyyətimizi müvəqqəti olaraq logistik mərkəzimizə çevrilən
Çernivtsi şəhərinə köçürdük. Və bu gün biz öz evimizə, Kiyevə
qayıtdıq. Sabahdan Panas Mirnı küçəsi, 22 ünvanında yerləşən
binamızda işimizə, o cümlədən konsulluq xidmətlərimizi göstərməyə
davam edəcəyik”, – deyə səfirliyin “Facebook” səhifəsində
bildirilib.
Türkiyə Kiyevi tərk edən sonuncu səfirlik olub.