Türkiyənin Ukraynadakı səfirliyi Kiyevdən Rumıniya ilə sərhədə
yaxın Çernivtsi şəhərinə köçürülür.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin
rəsmi nümayəndəsi Tanju Bilgiç deyib.
Onun sözlərinə görə, qərar Ukrayna paytaxtının atəşə tutulması
fonunda təhlükəsizlik tələbləri nəzərə alınaraq qəbul edilib.