Avropa Komissiyası Rusiyaya qarşı 4-cü sanksiyalar paketini təqdim etmək niyyətindədir

Avropa Komissiyası sabah Rusiyaya qarşı dördüncü sanksiyalar
paketini təqdim etmək niyyətindədir.

AzerTimes-ın məlumatına görə, bunu Avropa Komissiyasının prezidenti
Ursula fon der Lyayen deyib.

“Sabah biz Rusiyanı təcrid etmək və onun resurslarını tükətmək
üçün dördüncü sanksiyalar paketini təqdim edəcəyik”, – deyə U. fon
der Lyayen bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı Rusiyanı qlobal dünyadan
ayıtəcrid etməyə çalışacaq.