Türkiyənin üç qurum rəhbəri bir arada: təhlükəsizlik müzakirəsi…

Türkiyənin üç qurum rəhbəri bir arada: təhlükəsizlik müzakirəsi…

Martın 11-də Ankarada Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, xarici işlər naziri Hakan Fidan və Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalının iştirakı ilə üçtərəfli görüş keçirilib.

AzerTimes Türkiyə Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, Yaşar Gülər Müdafiə Nazirliyinin binası qarşısında qonaqları şəxsən qarşılayıb.

Nazirlik tərəfindən Türkiyənin milli təhlükəsizliyi mövzusunda mətbuat üçün qapalı görüşdən foto və videolar təqdim edilib.

Müzakirələrin gündəliyinin təfərrüatları barədə məlumat verilmir.

Teqlər: