Türkiyənin tanınmış aktyoru otel otağında güllələndi

Türkiyənin tanınmış aktyoru otel otağında güllələndi

Türkiyənin ən məşhur aktyorlarından biri qətlə yetirilib.

Azərbaycan tamaşaçılarının bir çox serialdan, o cümlədən “Çocuklar duymasın” serialından yaxşı tanıdığı Vatan Şaşmaz otel otağında öldürülüb.

Məşhur aparıcı və aktyorun həyatına keçmiş model olan Filiz Aker adlı qadın tərəfindən kürəyindən 4 güllə vurularaq son qoyulub. Aker daha sonra eyni tapança ilə intihar edib.

Məlumata görə, həyat yoldaşı 4 aylıq hamilə olan Şaşmaz Aker ilə 2009-cu ilə sevgi münasibətində olub. Lakin aralarında ciddi problemlər olan cütlük 2015-ci ildə ayrılıb. Bundan sonra aktyor ailə həyatı qurub. Lakin keçmiş model sevgilisini unuda bilməyib, daima onu izləyib. Qadın ayrılıq dərdinə dözmədiyi üçün 2011-ci ildə intihara cəhd edib.

Hadisə günü model Şaşmazı qaldığı otelə çağırıb. Onlar mübahisə ediblər. Aktyor qapıdan çıxmaq üçün arxasını çevirəndə qadın onu güllələyib. Daha sonra isə özünün gicgahından bir güllə vuraraq həyatına son qoyub.

V.Şaşmaz qısa müddət öncə yenidən ekrana qayıdan “Çocuklar duymasın” serialında rol aldığını “Twitter” səhifəsindən elan etmişdi. “Harada qalmışdıq? Əfsanə geri qayıdır”, -deyə o qeyd etmişdi.