Türkiyənin Səhiyyə naziri yerli “Turkovac” vaksini ilə peyvənd olunub

Türkiyənin Səhiyyə Naziri Fəxrəddin Qoca yerli istehsalı olan COVID-19-a qarşı “Turkovac” peyvəndini üçüncü (“buster”) doza olaraq vurdurub.

AzerTimes-ın məlumatına görə, Nazirlik rəhbəri Ankara şəhər xəstəxanasında revaksinasiya olunub:

“Vətəndaşlarımıza TÜRKOVAC vaksini ilə peyvənd olunmaq, o cümlədən bu dərmanla revaksinasiya etməyi tövsiyə edirəm”.

Onun sözlərinə görə, dekabrın 30-dan Türkiyədə yerli istehsalı olan peyvəndi şəhər xəstəxanalarında əldə etmək mümkün olacaq.

Teqlər: