Türkiyənin Rusiyaya ixracı azaldı – Media

Türkiyənin Rusiyaya ixracı azaldı – Media

Fevral ayında Türkiyə məhsullarının Rusiyaya ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33 faiz azalıb.

AzerTimes xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.

Məlumata görə, fevralda Türkiyənin Rusiyaya ixracı illik müqayisədə 33% azalaraq 670 milyon dollara düşüb. Ötən il bu rəqəm 1,1 milyard dollar olub.

Rusiyadan Türkiyəyə idxal da il ərzində təxminən 2 milyard dollardan 1,3 milyard dollara düşüb.

Teqlər: