NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin növbədənkənar
iclasında iştirak etmək üçün Brüsseldə səfərdə olan Türkiyənin
milli müdafiə naziri Hulusi Akar bir sıra ikitərəfli görüşlər
keçirib.
Bu barədə Trend Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat
xidmətinə istinadən xəbər verir.
Məlumata əsasən, H.Akar ABŞ, Böyük Britaniya və Fransadan olan
həmkarları Lloyd Ostin, Ben Uolles və Florans Parli ilə ikitərəfli
görüşlər keçirib.
Görüşlər zamanı ikitərəfli və regional müdafiə və təhlükəsizlik
məsələləri, xüsusən də Ukraynadakı son hadisələr müzakirə
olunub.