Bayden Ukraynaya əlavə 800 milyon dollar vəsait ayırıb

ABŞ Ukraynanı müdafiə sistemləri və silahlarla təmin etmək üçün
əvvəlki 200 milyon dollar tranşla yanaşı əlavə 800 milyon dollar
ayırır.

AzerTimes-ın “Ukrinform”a istinadən verdiyi məlumata görə, bu barədə
ABŞ Prezidenti Cozef Bayden öz çıxışında deyib.

“Şənbə günü mənim administrasiyam Ukraynaya davamlı silah və
sursat axınını təmin etmək üçün təxminən 200 milyon dollar ayırmağı
qəbul etdi. İndi mən bir daha prezident səlahiyyətlərimdən istifadə
edərək Ukraynaya əlavə təhlükəsizlik dəstəyi və əlavə yardımı
aktivləşdirmək üçün daha 800 milyon dollar ayırıram”, – deyə
C.Bayden bildirib.

Onun sözlərinə görə, ABŞ təkcə son bir həftədə Ukraynaya
təhlükəsizlik və müdafiə sahəsində 1 milyard dollardan çox yardım
ayırıb.