Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Vahit Kirişçi
Qarabağa səfər edəcək.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyə kənd təsərrüfatı və
meşəçilik naziri Vahit Kirişçi “Azərbaycan- Türkiyə İş Adamları”
İctimai Birliyinin Ümumi yığıncağında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, iki ölkənin tək millət və iki dövlət şüarı
ilə güclərini birləşdirmələri hazırda böyük önəm kəsb edir.
“Həm Azərbaycan, həm də Türkiyənin inkişafı üçün birgə işlər
görülür və bu proses davam etməlidir. Azərbaycanda və Türkiyədə
təhsil alıb ixtisas sahibi olan iş adamlarını bu prosesə cəlb
etməliyik. Qarabağı ziyarət edəcəyik və bu zaman Azərbaycanla
imzalanmış və gələcəkdə də imzalanacaq əməkdaşlıqlar çərçivəsində
sahib olduğumuz bütün təcrübələrimizi bölüşəcəyik”, – deyə nazir
qeyd edib.