Türkiyənin kənd təsərrüfatı və meşə naziri ilə gələcək əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanda işgüzar səfərdə olan Türkiyə Respublikasının kənd
təsərrüfatı və meşə naziri Vahid Kirişçi ilə ekologiya və təbii
sərvətlər naziri Muxtar Babayev arasında görüş olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzerTimes-a bildiriblər
ki, 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 27-ci
Azərbaycan Beynəlxalq Qida Sənayesi sərgiləri çərçivəsində baş
tutan görüşdə meşələrin mühafizəsi, bioloji müxtəlifliyin
qorunması, su resurslarının səmərəli idarə olunması, eləcə də iki
ölkə arasında gələcək əməkdaşlıq imkanları və qarşılıqlı maraq
doğuran digər məsələlər müzakirə olunub.

Teqlər: