Filadelfiyada atışma olub, yaralılar var

ABŞ-ın Filadelfiya şəhərində (Pensilvaniya ştatı) atışma baş
verib.

Trend xəbər verir ki, bu barədə yerli polis şöbəsinə istinadən “CBS” telekanalı məlumat yayıb.

Məlumata əsasən, atışma nəticəsində 5 nəfər yarlanıb. Onlardan
3-nün vəziyyəti ağırdır, biri 14 güllə yarası alıb.

Bildirilir ki, insidentlə əlaqədar iki nəfər saxlanılıb. Digər
təfərrüatlar barədə məlumat verilmir.