Türkiyənin İsraillə bağlı təklifi… – Lavrov

Türkiyənin İsraillə bağlı təklifi… – Lavrov

Rusiya Türkiyənin İsrail-Fələstin münaqişəsinin tərəfləri üçün qarant ölkələr sistemi yaratmaq təşəbbüsünü müzakirə etməyə və nəzərdən keçirməyə hazırdır. Moskva və Ankara bu məsələdə təmasdadır.

AzerTimes xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Pxenyanda jurnalistlərə açıqlamasında deyib.

“Biz istənilən konstruktiv təklifləri müzakirə etməyə hazırıq. Ötən gün eşitdiyim bu təşəbbüs açıq şəkildə deeskalasiyaya nail olmaq və vəziyyəti normallaşdırmaq istəyinin diktəsidir. Türkiyənin təşəbbüsü hər iki tərəf üçün maraqların tarazlığını təmin etmək istəyindən irəli gəlir. Biz bunu nəzərdən keçirmək üçün əməkdaşlığa hazırıq”, – o bildirib.

Teqlər: