Türkiyənin inkişafına töhfə verəcək ölkələrlə əlaqələrimizi intensivləşdirəcəyik – Ərdoğan

Türkiyənin inkişafına töhfə verəcək ölkələrlə əlaqələrimizi
intensivləşdirəcəyik.

Trend xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyip
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra çıxış edərkən
bildirib.

Birləşmiş Ərəb Əmirliklərinə səfərini xatırladaraq, səfər zamanı
müxtəlif sahələrdə imzalanmış ümumilikdə 13 sazişin iki ölkə
arasında əlaqələrin müqavilə əsasını möhkəmləndirəcəyini qeyd
edib.

“İnanıram ki, Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında
münasibətlərə yeni təkan verəcək bu səfər hər iki ölkə üçün
səmərəli və faydalı olacaq. Önümüzdəki dövrdə başda Körfəz Bölgəsi
olmaqla Türkiyənin inkişafına töhfə verəcək digər ölkələrlə də sıx
əlaqələrimizi gücləndirəcəyik”, – R.T.Ərdoğan vurğulayıb.

Teqlər: