Türkiyənin daha bir bölgəsində meşə yanğını başladı

Türkiyənin daha bir bölgəsində meşə yanğını başladı

Türkiyənin Kütahya rayonunun Emet mahalında meşəlik ərazidə yanğın olub.

AzerTimes xəbər verir ki, yanğınsöndürənlər həm qurudan, həm də havadan yanğına müdaxilə etməyə çalışırlar. Yanğının söndürülməsində yerli camaat da yaxından iştirak edir.

Küləyin təsiri ilə alov qısa müddətdə daha geniş ərazini əhatə edib.

Yanğının hansı səbəbdən baş verdiyi müəyyən edilməyib.

Teqlər: