Türkiyənin cənubunda PKK ilə əlaqəli 17 nəfər saxlanılıb

Xəbər - Orxan Nəbiyev – Trend:

Türkiyənin Adana vilayətində polisin keçirdiyi xüsusi əməliyyat nəticəsində PKK terror təşkilatı ilə əlaqəli olan 17 nəfər saxlanılıb.

Trend-in məlumatına görə, saxlanılan şəxslərin PKK adından fəaliyyət göstərdikləri, təşkilatın sosial şəbəkələrdə təbliğatını apardıqları məlum olub.

Əməliyyat eyni zamanda Adanada bir neçə ünvan üzrə keçirilib.


Həmin şəxslər sorğu-sual olunması üçün polis bölmələrinə aparılıb.