Türkiyənin bu serialı “Emmi” mükafatına layiq görüldü

Türkiyənin bu serialı “Emmi” mükafatına layiq görüldü

Builki beynəlxalq “Emmi” mükafatında “Ən yaxşı serial” nominasiyasının qalibi Türkiyədə yayımlanan “Yarğı” serialı olub.

AzerTimes xəbər verir ki, “Ay Yapım” media şirkətinin istehsalı olan bu filmin prodüseri Kərəm Çatay, rejissoru Əli Bilgin, ssenari müəllifi Səma Ərgənəkondur.

Nyu Yorkda keçirilən mərasimdə serialın baş rol aktyorları Pınar Dəniz və Kaan Urgancıoğlu da iştirak edib.

Bildirilib ki, mərasimdə 20 ölkədən 14 kateqoriya üzrə 56 məhsul nümayiş olunub.

Qeyd edək ki, 1949-cu ildən keçirilən “Emmi” mükafatı televiziyanın müxtəlif sahələrini əhatə edir.

Teqlər: