Türkiyənin bu şəhərlərində zəlzələ baş verdi

Türkiyənin bu şəhərlərində zəlzələ baş verdi

Türkiyənin Antalya şəhərinin Qazipaşa rayonunda və Diyarbəkir şəhərinin Hani rayonunda zəlzələ baş verib.

AzerTimes xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, Qazipaşa rayonunda ocağı 12.44 kilometr olan zəlzələ 4.5 bal gücündə olub.

Hani rayonunda isə zəlzələ 4.2 bal gücündə baş verib. Təkanların ocağının yerin 16.81 kilometr dərinliyində yerləşdiyi bildirilir.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Teqlər: