Terror təşkilatları daha Van əhalisinin təhlükəsizliyinə və rahatlığına təhdid olmayacaq.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Vanda çıxışı zamanı deyib.
O, Vanın artıq terrorçulardan təmizləndiyini söyləyib: “Terrorçuların başını nəinki daxildə, həm də sərhədlərimizin xaricində əzirik. Dövlətinizə və bizə güvənin. Artıq dünya Vana qibtə edir. Əlbəttə, bu, öz-özünə olmadı”.