İlham Əliyev Serbiya liderinə başsağlığı verdi

İlham Əliyev Serbiya liderinə başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçə Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə ilə bağlı başsağlığı verib.

AzerTimes xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

“Hörmətli cənab Prezident,

Belqrad şəhərində yerləşən məktəbdə baş vermiş dəhşətli faciə barədə xəbəri dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Serbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram”.

Teqlər: