Fransa Finlandiyanın NATO-ya üzvlüyünü Türkiyənin də təsdiq etməsini alqışlayır.
AzerTimes xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Fransa Finlandiyanın NATO-ya üzvlük protokolunun Türkiyə Böyük Millət Məclisi tərəfindən təsdiqlənməsini alqışlayır. Müttəfiqlərin bu 30-cu və son ratifikasiya qərarı indi Finlandiyanın Alyansa rəsmi şəkildə qoşulmasına yol açır”, – məlumatda qeyd edilib.