Şuşaya qar yağır – Foto

Şuşaya qar yağır – Foto

Ötən gündən başlayaraq Şuşa şəhərinə yağan qar davam edir və hazırda havanın temperaturu -2 dərəcədir.

AzerTimes Report-a istinadən xəbər verir ki, şəhər ərazisində nəqliyyat vasitələrinin təhlükəsiz və fasiləsiz hərəkətini təmin etmək məqsədilə yolların qardan təmizlənməsi işləri aparılır.

Belə ki, küçə və prospektlərdə yollar texnika vasitəsilə qardan təmizlənir.

Hazırda yollarda avtomobillərin hərəkəti üçün heç bir problem və çətinlik müşahidə olunmur.

Avtomobillərin hərəkəti normal şəkildə davam edir.

Teqlər: