Türkiyənin bu addımı Rusiyada parçalanma yaratdı

Türkiyənin bu addımı Rusiyada parçalanma yaratdı

“Azov” komandirlərinin azad edilməsi Rusiya cəmiyyətində parçalanmaya səbəb olub. Rusiyanın ultra-millətçi icması Kremli Ukrayna əsgərlərini saxlamaq üçün Türkiyəyə etibar etməkdə ittiham edir.

AzerTimes xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

Məlumata görə, rusiyalı blogerlərdən biri “Azov” müdafiəçilərinin azad edilməsinin Rusiyanın Ukraynanı “deazifikasiya” məqsədinə xələl gətirdiyinə işarə edib:

“Digəri isə Kremlin “tarixi düşməni” Türkiyəyə sövdələşməni yerinə yetirmək üçün etibar etməməli olduğunu bildirib. Rusiya media məkanında isə Kremlin 2022-ci ildə Viktor Medvedçukun azovçularla dəyişdirilməsi qınanılıb. “Azov” komandirlərinin azad edilməsi xəbəri ön cəbhədəki Rusiya hərbçilərinin əhval-ruhiyyəsinə də ciddi təsir göstərib. Bu hadisə Rusiya-Ukrayna müharibəsi başlayandan bəri rus cəmiyyətini parçalayan çoxsaylı hadisələrdən biridir”.

Qeyd edək ki, Türkiyədən səfərdən qayıdan Ukrayna lideri Vladimir Zelenski “Azov” batalyonunun 5 komandirini də özü ilə aparıb. Kreml sözçüsü Dmitri Peskov isə bunu razılaşmaların pozulması adlandırıb. Belə ki, razılaşmaya əsasən, Rusiya əsirliyindən azad edilən “Azov” komandirləri münaqişənin sonuna qədər Türkiyədə qalmalı idi.

Teqlər: