Türkiyə hökuməti ölkə adının xarici dillərdə yazılışının
dəyişdirilməsi ilə bağlı BMT-yə rəsmi müraciət edib.
Trend xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri
Mövlud Çavuşoğlu özünün “Twitter” səhifəsində yazıb.
“Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə ölkəmizin
brendinin nüfuzunu artırmaq üçün başladığımız proses sona çatmaq
üzrədir. Bu gün BMT-nin baş katibinə göndərdiyim məktubla ölkəmizin
BMT nəzdindəki xarici dillərdə adını “Türkiye” olaraq qeyd edirik”,
– deyə XİN rəhbəri bildirib.
Beləliklə, bundan sonra Türkiyə adı bütün beynəlxalq forumlarda
və əvvəllər müxtəlif etnonimlərin işlədildiyi rəsmi sənədlərdə
(Turkey, Turkei, Turquie və s.) Türkiye kimi istifadə olunacaq.