Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı koronavirusa
yoluxub.
AzerTimes-ın məlumatına görə, bu
barədə səfir “Twitter” səhifəsində bildirib.
Səfirin sözlərinə görə, özü və həyat yoldaşının COVID-19 testi
pozitiv çıxıb. Hazırda xəstəliyi ağır qrip şəklində keçirirlər:
“Çox şükür durumumuz yaxşıdır. Vəziyyətimizlə yaxından
maraqlanan Azərbaycan xarici işlər naziri Ceyhun Bayramova və
dərmanlarımızı göndərən Azərbaycan Səhiyyə Nazirliyinə təşəkkür
edirik”, – C.Bağcı yazıb.