Türkiyənin avtomobil ixracı dörd ay ərzində 10 milyard dolları ötüb

2022-ci ilin yanvar-aprel aylarında Türkiyənin avtomobil ixracı
ötən ilin eyni dövrü ilə müqayisədə 0,4 faiz artaraq 10,1 milyard
dollara bərabər olub.

Trend xəbər verir ki, bu barədə TurkicWorld -a Türkiyə Ticarət Nazirliyindən
bildiriblər.

“Bu ilin aprel ayında Türkiyə 2,7 milyard dollar məbləğində
avtomobil ixrac edib ki, bu da keçən ilin aprel ayı ilə müqayisədə
11,5 faiz çoxdur” – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki , son 12 ay ərzində (aprel 2021-aprel 2022)
Türkiyə 29,3 milyard dollar məbləğində avtomobil ixrac edib.

Teqlər: